“Mən zəhərlənən pambıqçılara görə..." - İstefa verən rəisdən açıqlama

img

20-06-2018 [15:23]


Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

Mia.az xəbər verir ki, unikal.org-a açıqlama verən Camal Quliyev zəhərlənən pambıçılara görə işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib:

"Mən zəhərlənən pambıqçılara görə işdən çıxarılmamışam. Başqa işə keçəcəyim üçün öz ərizəmlə tutduğum vəzifədən ayrıldım. Çalışacağım sahə kənd təsərrüfatı ilə bağlı olmayacaq. Yeni fəaliyyət göstərəcəyim sahə də dövlət qurumlarından biri olacaq. Bu barədə yaxın günlərdə məlumat verəcəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA