Rabitə və informasiya Texnologiyaları Nazirliyi lisenziya verdi

img

13-10-2011 [12:15]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən SINAM şirkətinə fəaliyyət istiqamətlərindən biri üzrə lisenziya təqdim olunub. MIA-ya verilən məlumata görə, lisenziya Azərbaycan Respublikasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması və onlara xidmətlərin göstərilməsinə icazə verir. SINAM şirkətinin göstərilən istiqamətdə proqram təminatının hazırlanması üzrə yüksək peşəkar səviyyəsini təsdiqləyən lisenziya beş il müddətini əhatə edir. Qeyd edək ki, SINAM şirkəti 16 ildir ki, fəaliyyət göstərir və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun aparıcı sistem inteqratorlarından biridir. Microsoft, Oracle, Alcatel-Lucent, EMC, Cisco, İMC, e-İnstruction kimi beynəlxalq biznes-tərəfdaşları Azərbaycanda təmsil edən SINAM şirkətinin ABŞ, Qırğızıstan və Gürcüstanda nümayəndəlikləri fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA