Nazir Muxtar Babayev Şəkidə vətəndaşları qəbul edəcək - Tarix

img

20-06-2018 [12:01]


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 29-da Şəkidə vətəndaşları qəbul edəcək.

Mia.az nazirliyə istinadən bildirir ki, qəbul iyunun 29-da saat 09:30-da Şəki Olimpiya Mərkəzində (ünvan: Salman Mümtaz küçəsi 1) baş tutacaq.

Qəbulda  Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının vətəndaşlar iştirak edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt”i, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Salman Mümtaz küçəsi 23) ilə əlaqə saxlaya (əlaqə telefonları: 055-200-22-40, 050-280-48-48, 024-24-4-22-60) bilərlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA