I sinfə şagird qəbulunun II mərhələsinə start verilib - Təhsil İdarəsi

img

20-06-2018 [11:55]


Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulunun II mərhələsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ikinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər:

"Bundan sonra, valideynlər övladlarının sənədlərini 20 iyun-18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Həmçinin, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir".

Qeyd edək ki, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 42 000-dən çox uşaq qeydiyyatdan keçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA