Təhsil strategiyası yaxın günlərdə təsdiqlənəcək

img

13-10-2011 [12:10]


?2011-2021 illərdə Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya?nın yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Strategiyanın artıq hazır olduğunu bildirən nazirin sözlərinə görə, sənəd layihəsi müvafiq komissiyaya təqdim edilib. Strategiyanın yaxın günlərdə ictimaiyyətə də təqdim edilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev iyulda "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında sərəncam imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA