Milli Ordunun bir əsgəri ölüb, biri yaralanıb

img

13-10-2011 [11:37]


Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 12-də saat 18.20-dən 18.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.30-dək və 23.40-dan 23.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. Cəbhənin Tərtər istiqamətində ermənilərin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Modern.az APA-ya istinadən bildirir ki, yaralanan əsgər Şükürlü Elnur Arif oğludur. Ağır yaralanan əsgər hərbi hospitala yerləşdirilib. E.Şükürlünün 2011-ci ildə Bakının Xəzər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilir. Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissəsinin əsgəri Orxan Səməd oğlu Səmədli bədbəxt hadisə nəticəsində ölüb. O, hərbi hissədə təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə ağır vəziyyətdə hospitala yerləşdirilən əsgər orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA