Dövlət orqanları üçün binalara milyonlar ayrılacaq

img

12-10-2011 [03:38]


Maliyyə Nazirliyi Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsi layihəsini ictimaiyyətə açıqlayıb. Layihə sosial yönümlü və investisiya xarakterlidir. 2012-ci ilin büdcəsində ümumi dövlət investisiya xərcləri 7246,7 milyon manat təşkil edir. Mərkəzi icra hakimiyyəti orqanları və xaricdəki diplomatik nümayəndəliklər üçün inzibati binaların tikintisi layihələrinə 71,2 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb. Onun 52,9 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinin, 18,3 milyon manatı isə xarici kreditlərin payına düşür. Ayrılacaq vəsait hesabına bir sıra layihələr gerçəkləşdiriləcək. Belə ki, gələn il xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri üçün inzibati binaların və torpaqların alınması nəzərdə tutulur. Azərbaycan Respublikasının Belarus Respublikasının Minsk şəhərindəki Səfirliyi üçün isə inzibati binasının tikintisi planlaşdırılıb. 10 rayonda (Qobustan, Gədəbəy, Lerik, Tərtər, Ucar, Yardımlı, Xızı, Saatlı, Daşkəsən, Göyçay) Statistika idarələri üçün inzibati binalar tikiləcək, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yeni inzibati binasının tikintisi də gələn il üçün nəzərdə tutulan layihələr arasındadır. Bundan başqa, Azərbaycan Dövlət Teleqraf Agentliyinin. Salyan və Kürdəmir rayon İcra hakimiyyətlərinə yeni inzibati binanın tikintisi planlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA