"Putin təşkil etdiyi kiçik qəbulda məni Azərbaycan prezidenti ilə tanış etdi" - Paşinyan

img

14-06-2018 [23:53]


Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bunu N.Paşinyan "Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.

"Futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil edib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmayıb”, – deyə Paşinyan qeyd edib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA