Azərbaycan Ordusunun əsgəri zəhid olub

img

11-10-2011 [04:28]


Azərbaycan Ordusunun əsgəri şəhid olub. Milli Ordunun əsgəri 1992-ci il təvəllüdlü Mardaliyev Mahmud Musəddin oğlu Ermənistan silahlı qüvvələrinin gülləsinə tuş gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əsgər Ermənistan silahlı birləşmələrinin cəbhənin Ağdam istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olub. Qeyd edək ki, M. Mardaliyev bu ilin yanvarında Qobustan Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdı. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA