?Bakcell? abunəçiləri problemlə üzləzdilər

img

11-10-2011 [01:45]


Bu gün səhər saatlarından Azərbaycanın mobil operatorlarından biri olan ?Bakcell? abonentlərinin şəbəkədaxili zənglərində problem yaranıb. Abonentlər bir-birlərinə zəng etməkdə çətinlinlik çəkiblər. ?Bakcell? şirkətində yaranan nasazlığın səbəbini öyrənmək və problemin nə vaxt aradan qaldırılacağını öyrənmək məqsədilə şirkətlə əlaqə saxladıq. Ancaq ?Bakcell?in Korporativ Kommunikasiya Şöbəsindən məlumat almaq cəhdlərimiz uğursuzluqla nəticələndi. Şöbənin əməkdaşları mobil telefonlarını qaldırmadılar. Eləcə də şirkətin şəhər telefonu ilə əlaqə saxlayıb, məlumat almaq mümkün olmayıb. Məsələ ilə bağlı ?Facebook? sosial şəbəkəsində abunəçilərin texniki nasazlıqla bağlı suallarına sosial şəbəkədə şirkətin səhifəsində aydınlıq gətirilib. Abunəçilərin suallarına ?hazırda şəbəkə ilə bağlı muəyyən rayonlarda texniki işlər aparılır. Tez bir zamanda nasazlıq aradan qaldırılacaq. Müvəqqəti narahatçılığa görə sizdən üzr istəyirik? cavabı bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA