Qəbələdə ağır qəza: 1 ölü, 6 yaralı

img

10-10-2011 [07:58]


Qəbələ rayonunda ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qəbələ rayonu, Vəndam qəsəbəsində "VAZ" və "QAZ" markalı 2 minik avtomobili toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü və 4 sərnişini, eləcə də, "QAZ" markalı avtomobilin sürücüsü və 1 sərnişini yaralanaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yaralılar xəstəxanaya aparılıb. Onlardan 2001-ci il təvəllüdlü Abdurahmanova Xəzər Azər qızı xəstəxanada vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA