4 müxalifətçi gəncə hökm oxundu

img

10-10-2011 [05:53]


Oktyabrın 10-da İctimai Palatanın 2 aprel aksiyasında saxlanılan və barələrində cinayət işi açılaraq mühakimə olunan gənc müxalifətçilərə Nəsimi rayon Məhkəməsində hökm oxunub. Nəsimi rayon Məhkəməsi Ülvi Quliyevə 3, Əhəd Məmmədliyə 3, Elnur Məcidliyə 2, Rüfət Hacıbəyliyə 1 il 6 ay həbs cəzası kəsib. Elnur Məcidli və Rüfət Hacıbəyli ictimai qaydanı pozmaqda, Əhəd Məmmədli və Ülvi Quliyev isə ictimai qaydanı pozmaqla yanşı, həm də hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar. Gənclərə iş kəsiləndən sonra Nəsimi rayon Məhkəməsinin qarşısında təqsirləndirilən şəxslərin tərəfdarları ilə polis arasında qarşıdurma olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA