ATGTi ?Bir manat ? Bir həyat? aksiyasına start verir

img

08-10-2011 [02:47]


Somalidəki zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ?Somaliyə yardım kampaniyası?na start verir. MİA-nın məlumatına görə, bütün Azərbaycanı əhatə edəcək və oktyabrın sonuna qədər davam edəcək bu kampaniya ?Bir manat ? Bir həyat? şüarı altında həyata keçirilir. 10 oktyabr 2011-ci il, saat 15:00-da ATGTİ-nin qərargahında (28 May küçəsi 9/13) kampaniyanın rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayilov, kampaniyanın partnyoru olan ?Başak-İnam Sığorta Şirkəti?nin rəsmisi iştirak edəcəklər. Mərasimdə ?Somaliyə yardım kampaniyası? haqda ətraflı məlumat veriləcək, kampaniya çərçivəsində görüləcək işlər müzakirə olunacaq. ?Somaliyə yardım kampaniyası? bir ay ərzində paytaxt Bakı daxil olmaqla ölkənin regionlarını əhatə edəcək. İstənilən şəxs 1 AZN ödəməklə kampaniyaya qoşula bilər və bununla da o bir həyatı xilas etmiş olacaq. Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATGTİ tərəfindən reallaşdırılan ?Somaliyə yardım kampaniyası?na ölkəmizin bir sıra məhşur müğənniləri də qatılacaqlar. Kampaniyanın sonunda yığılmış bütün vəsait Somalidə əziyyət çəkən insanlara göndəriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA