?Təmiz dünya?: "Biznes sektoru QHT-lərə, vətəndaz qruplarına sosial yardımlar etməlidir"

img

08-10-2011 [02:39]


?Ailədaxili zorakılıq qurbanları və insan alveri qurbanlarının yeganə üz tutduqları qapı bizik. Təşkilatın ofisində həm sığınacaq fəaliyyət göstərir, həm də hüquqi, psixoloji yardım edirik?. Bu barədə ?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyinin mətbuat xidmətindən bildirilib. ?Gün ərzində bizə ən az 10-15 qadın müxtəlif problemlərlə müraciət edir. Bu problemlərlə bağlı bizə mütəmadi maliyyə yardımları lazımdır. Ofisimizin sahəsi 30, sığınacağın sahəsi isə cəmi 20 kvadratdır. Bu qədər kiçik ərazidə çətinliklə zərərçəkmiş qadınlara xidmət göstəririk. Maddi problemlərimiz reinteqrasiya işlərini artırmağa imkan vermir? ? deyə təşkilatın məlumatında bildirilir. ?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyi hesab edir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da biznes sektoru sosial məsuliyyət məsələsinə ciddi yanaşmalı və bu işlə məşğul olan qeyri-hökümət təşkilatlarına, vətəndaş qruplarına sosial yardımlar etməlidir: ?Dünya təcrübəsində sosial yardım göstərən şirkətlər vergidən azad olunur. Prezident Yanında Qeyri-Hökumət təşkilatları ilə iş aparan Şurada sosial məsuliyyəti artırmaq üçün layihə hazırlanır. Həmin layihədə şirkətlərin sosial məsuliyyətini artırmaq məqsədi ilə müəyyən konkret qayda formalaşdırılacaq?. Bildirilir ki, hələ ki, iri biznes qurumları bu sahəyə bir o qədər isti yanaşmırlar. Ona görə də təşkilat sosial məsuliyyəti artırmaq üçün yardım etməyən şirkətlərin adlarını hər mətbuata açıqlamaq barədə qərar qəbul edib. ?Təşkilatımız sosial məsuliyyəti artırmaq, göstərdiyimiz köməyin keyfiyyətini və sayını çoxaltmaq üçün bu addımı atır. Bəzi biznes sektor nümayəndələri xeyriyyəçi olduqlarını davamlı olaraq mətbuatda qeyd edirlər. Bunun yalnız reklam məqsədi daşımadığını sübut etmək və şəffaflığı qorumaq məqsədi ilə ? Təmiz Dünya? təşkilatı hər ay müraciət etdiyi şirkətlərin adını açıqlayacaq. Təşkilatımız bu ay ərzində ?Nurgun motors?, ?Bakcell?, ?Azersun? holdinq, şirkətlərinə yardım üçün yazılı müraciət etmişdir. Bu müraciətlərin heç birinə cavab verilməyib. Hər ay açıqlayacağımız adlarda həm yardım göstərmiş, həm də sosial məsuliyyətdən yayınmış şirkətlərin adını çəkəcəyik. Ümumiyyətlə isə qeyd edək ki, sosial işlərə göstərilən yardımlarla bağlı işlər xaos şəklində həyata keçirilir. Bu yardımlar həmişə konkret təşkilatlara edilir və şəxsi münasibətlər müstəvisində həll olunur. Bu sahədə şəffaflığı artırmaq məqsədi ilə mətbuatı da bizə kömək etməyə çağırırıq? deyə məlumatda deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA