Dövlət Yol Polisi idarəsi vakant yerlərə izçi qəbulu elan edib

img

08-10-2011 [01:09]


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vakant yerlərə işçi qəbulu elan edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrinə aparılır. Müsabiqədə yalnız hüquq və avtomobil nəqliyyatına aid ixtisaslar üzrə ali və orta ixtisas təhsilinə, sürücülük vəsiqəsinə, kompüter texnologiyaları sahəsində müvafiq biliyə malik, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 sm-dən aşağı, yaşı isə 20-dən aşağı, 30-dan yuxarı olmayan və digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Namizədlər yol hərəkəti qaydaları üzrə biliklərinin və sürücülük vərdişlərinin yoxlanması üçün nəzəri və praktiki imtahanlara cəlb olunur, onların kompüter texnologiyaları sahəsində bilik və bacarıqları mütəxəssislər tərəfindən öyrənilir. Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır. Müsabiqədə iştirak etmək üçün sənədlər Dövlət Yol Polisi İdarəsinin inzibati binasında oktyabrın 20-dək hər gün (bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA