Avropa Birliyinin nümayəndələri Dillər Universitetində

img

08-10-2011 [11:11]


Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Roland Kobia və həmin təşkilatın ?Şərq Tərəfdaşlığı? ölkələri üzrə şöbəsinin müdiri, Azərbaycanla assosiativ saziş üzrə danışıqlarda iştirak edən Avropa Birliyinin nümayındə heyətinin rəhbəri Con Krayer universitetin müəllim - tələbə heyəti ilə görüşdü. Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev də iştirak edirdi. Con Krayer ilk növbədə ?Şərq tərəfdaşlığı? üzrə Varşavada keçirilən sammit haqqında ətraflı məlumat verdi. O, yaxın gələcəkdə Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqların başlayacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycanın Avropa bazarına inteqrasiya planlarına toxunan C.Krayer bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzvlüyün vacib olmasını vuğuladı və eləcə də bu sahədə Azərbaycana dəstək olmağa hazır olduğunu qeyd etdi. Bununla yanaşı o, Avropa Birliyinin Azərbaycanla mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq etdiyini dedi. C. Krayer Bakıda Avropa Film Festivalının başlamasını buna nümunə olaraq sözlərinə əlavə etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA