Eynulla Fətullayevlə Norveçin XiN-i arasında siyasi məhbuslarla bağlı saziz bağlandı

img

07-10-2011 [04:08]


?İnsan Haqları Uğrunda? İctimai Birlik Norveçin XİN-nin dəstəyi ilə Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması layihəsinin gerşəkləşdirilməsinə başlayır. Layihə iki mərhələni nəzərdə tutur. Birinci mərhələdə siyasi məhbusları müəyyən edəcək komissiya formalaşdırılacaq. Bu komissiyaya ölkənin tanınmış hüquqşünasları və beynəlxalq hüquq üzrə mütəxəssisləri daxil olacaqlar. Komissiyanın yekun rəyindən sonra beynəlxalq meyarlara cavab verən məhbusların adlarıaçıqlanacaq, siyasi məhbuslar haqqında 5 dildə məlumat bazası oxucuların diqqətinə çatdırılacaq. Bütün aparıcı hokumət və qeyri-hokumət təşkilatları Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatları bu bazadan əldə edəcəklər. Layihənin həyata keçirilməsi ilə bağlı müvafiq sazişi ?İnsan Haqları Uğrunda? İctimai Birliyin sədri Eynulla Fətullayev və Norveçin XİN-nin Avrasiya və Regional Əməkdaşlıq üzrə Departamentin rəhbəri Marit Halsvik Lillealtern bağlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA