Fransa prezidenti Bakıya gəldi (yenilənib)

img

07-10-2011 [02:41]


Fransa Respublikasının prezidenti Nikola Sarkozi oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fransa Respublikasının Prezidenti Nikola Sarkozini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayılar. Milli geyimli uşaqlar Fransa prezidentinə gül dəstəsi təqdim ediblər. Nikola Sarkozinin səfər proqramına Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanması da daxildir. Bakıda Azərbaycan və Fransa prezidentlərinin görüşü olacaq. Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakrə ediləcək. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi prezident səviyyəsində danışıqlar prosesi ilə bağlı mövqe açıqlanacaq. Sarkozinin Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri və bir neçə nazir müşayət edəcək. Bakıdan sonra Sarkozi Tiflisə gedəcək. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Fransa prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fransa Prezidenti Nikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA