Ramil Usubov interpolun baz katibi Ronald Nobl ilə görüzüb

img

06-10-2011 [05:27]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, R.Usubov nazirlik ilə Beynəlxalq Polis Təşkilatı arasında sıx əlaqələrin mövcudluğunu xatırladaraq qeyd edib ki, qloballaşan dünya, inteqrasiya imkanlarının getdikcə artması müxtəlif təhdidlər ortaya çıxarır ki, bu da yeni növ cinayətlərlə, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizəni şərtləndirir. Qeyd olunub ki, Azərbaycan İnterpolla işbirliyinə xüsusi əhəmiyyət verir və onu daha da inkişaf etdirməkdə maraqlıdır. Əməkdaşlığın əsas istiqamətlərindən biri təqsirləndirilən və itkin düşən şəxslərin beynəlxalq axtarışının təşkil edilməsidir. Hər il orta hesabla İnterpol tərəfindən 60-70 nəfər belə şəxsin yeri müəyyən olunur və onlar yaxalanaraq ədalət məhkəməsinə təhvil verilir. Nazir deyib ki, 20 illik müstəqillik tarixi ərzində inamla dünya birliyinə inteqrasiya edən Azərbaycan suveren və hüquqi dövlət kimi demokratik prinsiplərə riayət edir, bütün sahələrdə, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təmini və cinayətkarlıqla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Görüşdə xüsusilə vurğulanıb ki, ölkə Prezidenti İlham Əliyevlə R. Noblın görüşü və aparılan fikir mübadiləsi İnterpolla əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək. İnterpolun baş katibi Azərbaycandakı Milli Mərkəzi Büronun fəaliyyətinin günün tələblərinə uyğun təşkil edildiyini, Azərbaycanın dünyada təhlükəsiz qlobal polis kommunikasiya xidmətlərini həyata keçirən ilk 10 ölkədən biri olduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA