Hökümət ilin sonuna kimi əmək haqlarını artıra bilər

img

06-10-2011 [04:13]


2011-ci ilin yekunlaşmasına 2 ay vaxt qalır və hökumət hələ də əmək haqlarının artırılmasına getməyib. Halbuki, cari ildə Azərbaycanda orta aylıq əməkhaqqının 379 manata çatdırılması planlaşdırılırdı. Dövlət Statistika Komitəsinin məlumatına görə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 353.7 manat təşkil edir. Onu da xatırladaq ki, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına imkan verir. Belə ki, büdcəyə edilən son əlavə və dəyişikliklər nəticəsində sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi çoxaldılıb. Sosial müdafiə və təminat xərcləri 1,6 milyard manat nəzərdə tutulub. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına şərait yaratsa da artım baş vermir: ?2006-cı ilin yanvar ayının 1-nə qədər pensiyaya çıxan vətəndaşların pensiyalarının yenidən hesablanması əməkhaqqı artımlarını yubadıb. Belə ki, hökumət pensiya və əməkhaqlarının artırılması məqsədilə dövriyyəyə çoxlu vəsait daxil etməkdən ehtiyatlanır. Çünki pensiya ilə yanaşı əməkhaqlarının artırılması istehlak bazarında ciddi qiymət artımlarına səbəb ola bilərdi?. V.Bayramov ilin başa çatmasına az zaman qalmasına baxmayaraq hökumətin əməkhaqqı artımına gedəcəyini istisna etmir: ?Lakin artım kiçik rəqəmlər ifadə olunacaq. Ümumiyyətlə öncədən hökumətdə əməkhaqların hansı faizlərlə artırılacağına dair vahid fikir yox idi. Bəzi hökumət nümayəndələri ilin əvvəlində müzakirə edildiyi kimi əməkhaqlarının 20-25 faiz artırılmasını, bəziləri, o cümlədən Maliyyə Nazirliyi bu artımların 10-15 faiz intervalında reallaşmasını istəyir. Ola bilsin ki, tərəddüdlər də artımları yubadır?. Mütəxəssis artımların heç də bütün sahələri əhatə etməyəcəyi fikrindədir: ?Hökumət hər il əməkhaqqı artımlarına getməklə ciddi sosial öhdəlik götürməkdən ehtiyatlanır. Xüsusən nəzərə alsaq ki, neftin dünya bazar qiymətində dəyişikliklər, o cümlədən qlobal maliyyə böhranın yeni mərhələsinin başlayacağına dair narahatçılıqlar var. Hökumət əməhaqqı artımına gedəcəyi halda növbəti ildə bu sosial öhdəliyin yerinə yetirilməsində yarana biləcək problemdən narahatdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA