Azərbaycan Ordusunun iki əsgəri zəhid olub

img

06-10-2011 [11:24]


Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin verdiyi məlumata görə, intensiv atışma ötən gün gedib. Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və nəticədə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib. Bu zaman qarşı tərəfdə bir neçə əsgər zərərsizləşdirilib. Atışma zamanı Azərbaycan Ordusu da şəhid verib. Belə ki, cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar. Qeyd edək ki, Ermənistan mətbuatı ötən gün 3 erməni əsgərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumat yayıb. Onlardan biri ölüb, ikisi isə yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA