Səbail rayonunda Beynəlxalq Müəllim günü qeyd olunub

img

05-10-2011 [06:31]


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə tam əsaslı təmir-yenidənqurma işləri aparılmış və bu il sentyabrın 15-i ? ?Bilik günü?ndə ölkə başçısının iştirakı ilə rəsmi açılış mərasimi keçirilmiş səbail rayonundakı 6 saylı tam orta məktəbdə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayonun təhsil işçilərinin toplantısı keçirilib. Əvvəlcə rayon rəhbərliyi və rayonun pedaqoci kollektivinin üzvləri, ictimaiyyət nümayəndələri yeni istifadəyə verilmiş orta məktəb, onun sinifləri, fənn kabinetləri, idman və akt zalları, yeməkxanası, elektron kitabxana, məktəbdə yaradılmış muzeylə yaxından tanış olmuş, müasir təhsil üçün burada yaradılan şəraitdən çox razı qalmışlar. Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermiş və qeyd etmişdir ki, ölkə başçısının sərəncamı ilə keçən il Beynəlxalq Müəllim günü ərəfəsində rayonun müəllimlərindən 2 nəfər ?Tərəqqi? medalına layiq görülmüş, 3 nəfərə ?Əməkdar müəllim? adı verilmişdi. Bu il isə 239 saylı orta məktəbin riyaziyyat müəllimi Rəna Ağayeva ?Tərəqqi? medalına, 136 saylı uşaq bağçasının tərbiyəçisi Zərxanım Həsənova ?Əməkdar müəllim? adına layiq görülmüşdür. Bildirilmişdir ki, bu il rayon təhsili üçün əlamətdar olmuşdur. Keçən il ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən 6 saylı məktəb-liseyin binası sökülərək yeni müasir dizaynlı layihə əsasında 2270 şagird yerlik yeni bina tikilmiş, Dövlət Proqramına uyğun olaraq 2 saylı Texniki-Humanitar Elmlər liseyi, 51, 91 və 189 saylı orta məktəblər, 160 saylı Klassik Gimnaziya, 6 saylı Bakı Peşə Məktəbi, 20 saylı Uşaq yaradıcılıq mərkəzi və 35 saylı Texniki Yaradıcılıq Mərkəzində əsaslı təmir-yenidənqurma işləri aparılmışdır. Aparılan təmir işləri ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmış və rayonun 189 və 160 saylı orta məktəblərdə aparılan təmirin gedişi ilə ölkə başçısı cənab İlham Əliyev şəxsən tanış olmuşdur. Yaxın günlərdə Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlanacaqdır. Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı olan əlavə, 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusların, həmçinin 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi, 47 saylı uşaq bağçasının əsaslı təmiri aparılır. Qeyd etmək lazımdır ki, Səbail rayonunda indiyə kimi hələ heç vaxt təhsil müəssisələri ilə bağlı belə böyük işlər görülməmişdir. Məktəblərdə aparılan təmir və yenfidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, məktəblərin bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır. Bunun nəticəsi də təhsil ilinin yekunlarında özünü biruzə verir. Səbail rayonunun 51 və 91 saylı orta məktəbləri ?2010/2011-ci tədris ilində keçirilmiş ?Ən yaxşı ümumi təhsil müəssisəsi? müsabiqəsinin, rayonun 6 nəfər müəllimi isə ?Ən yaxşı müəllim? müsabiqəsinin qalibləri sırasinda olmuşlar. 2010-2011-ci təhsil ilinin yekununa görə 6 məzun qızıl və 1 məzun gümüş medala layiq görülmüşdür. 2010-2011-cu tədris ilində rayonun orta məktəblərini 1536 nəfər bitirmiş, onlardan 763 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 167 nəfəri 500-dən yuxarı, 44 nəfəri 600-dən, 13 nəfəri isə 650-dən çox bal toplamışdır. 81 məzun xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. Məzunlarımızdan 4 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. Tədbirdə çıxış edən 6 saylı məktəbin direktoru Gülşən Orucova və digərləri təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər. Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA