Redaktorlar növbəti dəfə bir araya gəldilər

img

05-10-2011 [03:43]


Bu gün redaktorlar Birliyinin növbəti toplantısı keçirilib. Toplantıda ?Yeni Müsavat?, ?Xural?, ?Gündəlik Xəbər?in baş redaktorları gündəlikdə olan məsələlər barədə məlumat veriblər. Öncə Sosial İnformasiya Agentliyinin rəhbəri Taleh Şahsuvarlı Milli Məclisə akkreditasiya olunmaması ilə bağlı məsələ qaldırdı. Sonra "Xural" qəzetinin və "Yeni Müsavat" qəzetinin məhkəmə işləri ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra qərara alındı ki, Redaktorlar Birliyi gələn həftə iki dəyirmi masa təşkil etsin. Oktyabrın 11-də Zabitlər evində keçiriləcək dəyirmi masada internet media, onun hazırkı vəziyyəti və s. məsələlər müzakirə olunacaq. Həftənin beşinci günü Media Mərkəzində təşkil olunacaq dəyirmi masada isə yayım problemləri əsas müzakirə mövzusu olacaq. Sonda Xural? qəzetinin bölgə müxbiri Aydın Canıyevin müdafiəsi, ?Xural?a qarşı irəli sürülən 150 minlik yeni məhkəmə iddialarının da diqqətdə saxlanılması, Sosial İnformasiya Agentliyinin akreditasiya məsələsi ilə baölı müraciət, "Yeni Müsavat" qəzetinə Müdafiə Nazirliyi ilə məhkəməsində dəstək verilməsi barədə qərar qəbul olunub. Məlumat üçün bildirək ki, bugünkü toplantıda ?Yeni Müsavat?, ?Xural?, ?Gündəlik Xəbər?, "Təzadlar", "Azadlıq" qəzetlərinin, Turan, Sosial İnformasiya Agentliyinin, Millet.az saytının, Müstəqil İnformasiya Agentliyinin rəhbərləri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA