Bu il Azərbaycandan 2500 nəfər həccə gedəcək

img

04-10-2011 [11:05]


Bu il Həcc ziyarətinə gedəcək hacı namizədlərinin təhlükəsizliyi tam təmin olunub. Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə bununla bağlı bütün məsələlərin İraq hökuməti ilə danışıldığını və lazımi sənədlərin imzalandığını deyib. Qeyd edək ki, bu il Azərbaycandan təxminən 2500 nəfərin Məkkəni ziyarət etməsi gözlənilir. Bunun üçün Səudiyyə Ərəbistanına 5 təyyarə və 44 avtobus ayrılıb. Ötən illərdən fərqli olaraq ziyarətə avtobusla gedəcək zəvvarlar Suriya deyil, İraq ərazisindən keçəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA