Azərbaycan və Rusiya arasında 4 saziz imzalanıb

img

04-10-2011 [05:12]


Bu gün Bakıda Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında iqtisadi əməkdaşlıq haqqında 4 saziş imzalanıb. Azərbaycan və Rusiyanın İnquşetiya, Qaraçay-Çərkəs və Dağıstan Muxtar Respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə çərçivə sazişləri, Sumqayıt və Nevinomıssk şəhərləri arasında isə qardaşlaşma haqqında saziş bağlanıb. Qeyd edək ki, imzalanma Rusiya baş nazirinin müavini, dövlət başçısının Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin Azərbaycana səfəri çərçivəsində baş verib. Səfər zamanı A.Xloponini Şimali Qafqaz respublikalarını təmsil edən rəsmilər və işgüzar dairələrin nümayəndələri müşayiət edirlər. Rusiya nümayəndə heyətinin Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcəyi və ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə edəcəyi, habelə ikitərəfli biznes-forumun keçirilməsi nəzərdə tutulur. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan və Çeçenistan arasında iqtisadi əməkdaşlıq üzrə saziş layihəsi də artıq imzalanma üçün hazırlanıb və onun yaxın vaxtlarda imzalanması gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA