Prezident Bakıda iki yeraltı piyada keçidin açılızını etdi

img

04-10-2011 [02:05]


Bu gün Bakıda iki piyada keçidi açılıb. Açılışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə iştirak edib. İlk olraq Dövlət başçısı Xəzər rayonunun Buzovna qəsəbəsində, Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 12-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, müasir standartlara cavab verən keçidin uzunluğu 44,14 metr, eni 6, hündürlüyü isə 3 metrdir. Prezident yeraltı piyada keçidini gəzib. Bildirilib ki, keçidin inşası ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, avtomobillərin fasiləsiz hərəkətinə də imkan verəcək. Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 11-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak etdi. Məlumat verildi ki, keçidin uzunluğu 48,1 metr, eni 6, hündürlüyü isə 3 metrdir. Keçidin inşasında əsas məqsəd sakinlərin və yaxınlıqda yerləşən orta məktəbdə təhsil alan şagirdlərin təhlükəsizliyini, eləcə də avtomobillərin fasiləsiz hərəkətini təmin etməkdir. Prezident İlham Əliyev yeraltı piyada keçidlərini gəzib. Bildirilib ki, tikintisinə bu ilin mayında başlanılan keçiddə müasir işıqlandırma sistemi quraşdırılıb, nasosxana tikilib. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA