Azərbaycanda 73 dövlət orqanındakı 456 vakant yerə müsabiqə elan edilib

img

04-10-2011 [11:48]


Bu gündən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və ümumi müsahibə elan edilib. Komissiyadan verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar namizədliklərinin qeydə alınması üçün 30 gün müddətində Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytı vastəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqəyə 73 dövlət orqanında 363 vakant vəzifə, 456 vakant yer çıxarılıb. Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vastəsilə Komissiyaya müraciət etməlidirlər. Ümumi müsahibəyə 10 dövlət orqanında 78 vakant vəzifə. 79 vakant yer çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA