Respublika çağırız Komissiyasının tərkibi təsdiqləndi

img

03-10-2011 [01:05]


Nazirlər Kabineti Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında qərar verib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qərarda qeyd olunur ki, 2011-ci il oktyabrın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi təsdiq edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etsin. Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasına Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının ?Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında? Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etmək tapşırılıb. Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməlidir. 2011-ci il oktyabrın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi: Komissiyanın sədri Ramiz Məmmədov - Azərbaycan Respublikası hərbi komissarının müavini Komissiya sədrinin müavini Məhəmməd Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini Komissiyanın üzvləri: Oruc Zalov - daxili işlər nazirinin müavini Abbas Vəlibəyov - səhiyyə nazirinin müavini Toğrul Musayev - ədliyyə nazirinin müavini Aqil Dadaşov - AHİK sədrinin müavini (razılaşdırılıb) Siyavuş Novruzov - Milli Məclisin deputatı (razılaşdırılıb)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA