QHT-lərin Aids mərkəzi ilə birgə izi nəticə verir

img

01-10-2011 [02:30]


Bu ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Qərar qəbul edildi. Qərarda bildirilir ki, bu xəstəlikdən əziyyət çəkən insanlar məhdud iş qabiliyyətlidir. Onların işləməyi mümkün olmayan iş yerlərinin adları açıqlandı. Eyni zamanda , həmin qəbildən olan insanların mütəmadi ehtiyacları olan dərmanlar , aldıqları tibbi yardımlar hamısı dövlət tərəfindən ödənilmiş hesab olunur. Bu da o deməkdir ki, büdcədən konkret miqdarda bu sahəyə pul ayrılıb. İnsanın immunçatışmazlığı virusu xəstəliyindən əziyyət çəkənlərə qoruyucu vasitələrdən təmin edilməsi qərarda təsdiq edilmişdir. Bu qərarın yerinə yetirilməsində, qərardan irəli gələn digər tapşırıqların həyata keçirilməsində həssas qrupun nümayəndələrinə vəkillik funksiyası yerinə yetirən vətəndaş cəmiyyəti nümayəndələri davamlı olaraq qərarın mahiyyətini anlatmaq, xəstəlikdən əziyyət çəkənlərin xeyrinə görülən işlərin sayını artırmaq üçün keçirdikləri tədbirlərdə bildirirlər ki, onların işçi potensiyalı çox böyükdür və qərardan irəli gələn işlərdə yaxından iştirak etməyə maraqlıdırlar. Dünya təcrübəsi göstərir ki, AİDS lə bağlı maarifləndirmə, repraduktiv sağlamlıqla bağlı çalışmalar yalnız bir təşkilatın işinə çevriləndə effektiv olmur. Qeyri ? hökümət təşkilatlarının Aids mərkəzi ilə birgə işi eyni zamanda şəffaflığın təminatçısıdır. Aids mərkəzinin statistik rəqəmlərinə əsaslanıb aparılan araşdırmalar cəmiyyət üçün daha inandırıcıdır. Aidslə mübarizədə dövlət proqramına dəstək verən Zərərin Azaldılması Şəbəkəsi 31 təşkilatın birgə fəaliyyətini təmin edir. Şəbəkə davamlı olaraq Bakıda və 9 regionda zərərin azaldılması ilə bağlı fəaliyyət göstərir. Qeyri- hökümət təşkilatlarınin işini asanlaşdırmaq baxımından aidiyyatı dövlət qurumlarının labarator muayinə yardımı görülən işin effektivliyini sürətləndirir. Statistik rəqəmlər sübut edir ki, qeyri ? hökumət təşkilatlarının bu sahədə fəaliyyəti genişləndirilmiş ölkələrdə aids- in azalan xətt üzrə hərəkəti özünü göstərir. Hollandiya , Fransa təcrübəsi buna sübutdur. İlkin tibbi müdaxiləyə qeyri ? hökumət təşkilatlarına icazə verildikdən sonra zərərin azaldılması ilə bağlı iş dövlət qurumları üçün daha da asanlaşmışdır. Bizim yerli qeyri ? hökumət təşkilatlarının bu kimi imkanları məhdud olsa da, şəbəkənin işçi potensiyalı prosesdə yaxından iştirakçıdırlar. Aidslə mübarizə yalnız aidiyyatı qurumların işi deyil, eyni zamanda mətbuatın məsuliyyəti çərçivəsindədir.Mediya ardıcıl olaraq bu mövzunu gündəmdə saxlamağa borcludur. Maarifləndirmə və zərərin azaldılmasına dəstək qəzet və televiziyaların gündəlik işinə çevrilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA