Leysan sabah günortaya qədər davam edəcək

img

01-10-2011 [01:44]


Ölkə ərazisində leysan xarakterli yağışların sabah günortaya qədər davam edəcəyi barədə rəsmi məlumat yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Azərbaycanın rayonlarında oktyabrın 2-də fasilələrlə yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli güclü olacağı ehtimalı var. Gündüz saatlarında yağış tədricən kəsiləcək. Arabir güclənən qərb küləyi əsəcək. Məlumata görə, Azərbaycana ilk qar yağıb. İlk qar Quba rayonunun Xınalıq kəndinə düşüb. Qar örtüyünün qalınlığı 3 sm təşkil edib. Sabah Bakıda və Abşeron yarımadasında oktyabrın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA