"Təhsil Nazirliyinin vəzifəli zəxsləri qanun pozuntularına yol veriblər?

img

01-10-2011 [11:39]


?Məktəb tikintisi və məktəblərin əsaslı təmiri zamanı bu işləri aparan kommersiya təşkilatları, eləcə də Təhsil Nazirliyinin vəzifəli şəxsləri çox ciddi qanun pozuntularına yol veriblər? . Bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib. ?Bununla bağlı həmin məktəblərin tikintisi zamani sui-istifadə və mənimsənilmə hallarına yol verilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir, tikinti zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyinə təqdimat gond ərilib?. z.Qaralov onu da deyib ki, Abşeron rayonunun sabiq prokuroru Azər Vahabzadə Qobustan rayon prokuroru təyin edilib. Qaralov deyib ki, qanuna görə, prokurorlar 5 il müddətinə təyin olunurlar, müddət başa çatandan sonra onların yeni vəzifələrə təyinati həyata keçirilir. "Sabiq Abşeron rayon prokuroru Azər Vahabzadə mənim əmrim ilə Qobustana prokuror təyin edilib. Mənə verilən məlumata görə, səhhətində yaranan problemlə əlaqadər hələki vəzifəsinin icrasına başlaya bilmir. Səhhətində hər hansı bir problem varsa, biz bu məsələni araşdıracagıq və müvafiq qərar qəbul edəcəyik" Qaralov deyib. Bəzi KİV-lərdə informasiya yayılmışdı ki, Vahabzadə ərizə yazaraq vəzifəsindən imtina edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA