Şeyxülislam Allahzükür Pazazadə irana gedir

img

30-09-2011 [02:26]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün İran İslam Respublikasına yola düşür. Bu barədə məlumatı QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Səfərdə məqsəd 1-2 oktyabr tarixlərində Tehranda keçiriləcək "Fələstin xalq hərəkatının müdafiə olunması" mövzusunda beşinci iclasın işində iştirak etməkdir. Səfər İran İslam Respublikası Parlamentinin sədri Əli Laricaninin şəxsi dəvəti ilə həyata keçirilir. Şeyxülislam A. Paşazadə iclasda məruzə ilə çıxış edəcək. Öz məruzəsində QMİ sədri Fələstin xalqının haqlı mübarizəsinə Azərbaycan dövlətinin dəstəyini, bu sahədə atdığı əməli addımları xüsusi vurğulayacaq, müsəlman həmrəyliyinin bu problemin həllində böyük önəm kəsb etdiyindən, habelə Qarabağ probleminin həlli yönümündə İslami birlik amilinin olduqca vacib rolundan bəhs edəcək. Səfər müddətində QMİ sədri Şeyxülislam A. Paşazadənin İran dövlətinin rəhbərliyi və rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA