Oqtay Əsədovla Zahid Oruc arasında mübahisə

img

30-09-2011 [01:59]


Milli Məclisin bu keçirilən iclasında gərgin anlar yaşanıb. Millət vəkili Zahid Orucla spiker Oqtay Əsədov arasında mübahisə düşüb. Z.Orucun gündəlikdən kənar çıxaraq təhsillə bağlı təklif verməsi O.Əsədovun sərt reaksiya verməsinə səbəb olub. Deputatın sözünü kəsən spiker ?Biz burada gündəliyi müzakirə edirik, siz isə tamam başqa mövzudan danışırsınız. Biz təhsillə bağlı mövzuya da lazım olanda gələcəyik. Amma xahiş edirəm, indi hazırkı gündəlikdən danışın?,- deyib. Z.Oruc isə spikeri onun sözünü kəsməsinə sərt reaksiya verərək ?Oqtay müəllim, mən sizin siyasi iradənizə heyranam və buna görə sizi yüksək dəyərləndirirəm. Amma əgər biz bu binanın içərisində ciddi məsələlərdən danışıb ciddi müzakirələr aparmasaq, o zaman Milli Məclis ancaq zahirən yaxşı arxitekturaya malik muzeyə çevriləcək, parlamentə oxçamayacaq?. Deputatın bu sözləri isə Oqtay Əsədovu hiddətləndərib. ?Zahid Oruc, sizə heç kim ixtiyar verməyib ki, mənimlə belə danışasınız. Xahiş edirəm, təhqir etməyin siyasi iradə ilə bağlı kimisə məsxərəyə qoymayın. Mənə dərs keçməyə yaşın çatmır, nə də hüququn. Xahiş edirəm danışığına fikir ver, mövzu barədə danış. Sonra deyirsən ki, mənə danışmaq imkanı vermirlər?- deyib. Zahid Oruc "Mən öz funksiyamı yerinə yetirirəm. Heç kimə dərs keçmək fikrində deyiləm, buna ixtiyarım da yoxdur",- deyib və mübahisə bitib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA