Sosial Müdafiə Fondu elektron sənəd mübadiləsi sisteminin təqdimatını keçirib

img

30-09-2011 [01:44]


Bu gün Bakıda ?Avropa? otelində sığortaedənlərlə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında elektron sənəd mübadiləsi sisteminin təqdimat mərasimi keçirilib. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, sistemin texniki tətbiqini Azərbaycanın elektron həllər provayderi olan SİNAM şirkəti həyata keçirib. Təqdim olunan sistem bütün tip sığortaedənlərlə (hüquqi şəxslər, fiziki şəxslər, torpaq mülkiyyətçiləri və ailə-kəndli təsərrüfatları) DSMF arasında elektron sənəd mübadiləsini bütövlükdə aşağıdakı mərhələlər vasitəsilə gerçəkləşdirir: Sığortaedən tərəfindən onun elektron sənəd mübadiləsindən istifadə etmək arzusunu bildirən elektron ərizə formasının doldurulması; Sığortaedənlərə DSMF-dəki yeni uçot nömrəsinin, istifadəçi kodu, parol və şifrənin verilməsi; Hal-hazırda sığortaedənlər tərəfindən doldurularaq müvafiq DSMF orqanlarına təqdim olunan bütün bəyannamə və hesabatların elektron formada hazırlanması üçün proqram təminatının DSMF-nin rəsmi İnternet saytından əldə edilməsi; Sığortaedən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2 formaları) və məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların (B3 forması) elektron sənəd formasında hazırlanması və DSMF-yə göndərilməsi; Sığortaedən tərəfindən göndərilmiş elektron sənədlərin DSMF-nin müvafiq orqanları tərəfindən qəbulu və sığortaedənlərin göndərdikləri sənədlərin emal prosesi barədə məlumatlandırılması. SİNAM şirkətinin hazırladığı proqram kompleksi DSMF-nin portalından istifadə etməklə mövcud qanunvericiliyə uyğun olaraq hüquqi şəxslər, fiziki şəxslər, torpaq mülkiyyətçiləri və ailə-kəndli təsərrüfatları ilə DSMF orqanları arasında rüblük və illik bəyannamələrin (hesabatların) və müxtəlif bildiriş, xəbərdarlıq və s. məlumatlandırıcı və icra sənədlərinin elektron mübadiləsini təmin edir. Bu da öz növbəsində Elektron Hökumətin tərkib hissələri olan G2G, B2G, C2G münasibətlərinin inkişafına bilavasitə xidmət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA