QAT: "Şəhidlər Xiyabanı kimi müqəddəs bir məkan mal-qaranın otlaq yerinə çevrilib"

img

29-09-2011 [04:41]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Ağsu şəhərində Şəhidlər Xiyabanının acınacaqlı vəziyyətdə olması ilə bağlı etirazını bildirir. QAT-dan daxil olan məlumata görə, Şəhidlər Xiyabanı baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb, məzarlar çöküb, baş daşları sınıb, yabanı otlar hər tərəfi bürüyüb, tam səliqəsiz bir görüntü yaranıb. Şəhidlər Xiyabanı kimi müqəddəs bir məkan mal-qaranın otlaq yerinə çevrilib. Məlumatda qeyd olunur ki, QAT-ın Ağsu şöbəsi bu rüsvayçı vəziyyətlə bağlı rayon icra hakimiyyətinə, digər əlaqədar qurumlara dəfələrlə müraciət edib, lakin heç bir tədbir görülməyib. QAT üzvləri bir neçə dəfə öz imkanları daxilində abadlıq işləri aparıblar, lakin bu, kifayət etməyib, vəziyyətin nizama salınması üçün dövlət strukturlarının müdaxiləsi olmalıdır. Yerli hakimiyyət orqanları isə heç nə etmək istəmirlər. QAT hesab etdiyini bildirir ki, Şəhidlər Xiyabanına bu münasibət yerli hakimiyyət orqanlarının məsuliyyətsizliyinin, biganəliyinin göstəricisidir. ?Vətən, torpaq, Qarabağ uğrunda öz vətəndaşlıq borcunu yerinə yetirmiş Şəhidlərimizin ruhlarına hörmətsizlikdir. Şəhidlər Xiyabanına bu cür münasibət bəsləyən rəsmi şəxslər həm cinayət, həm də mənəvi məsuliyyət daşıyırlar. Biz hesab edirik ki, Azərbaycan Respublikası Prezident Administrasiyası və digər icra strukturları səviyyəsində bu məsələ ciddi şəkildə araşdırılmalı, təcili tədbirlər görülməli və günahkar rəsmi şəxslər cəzalandırılmalıdırlar?, -deyə məlumatda bildirilir. [s][/s]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA