QMi Qurban Bayramının vaxtını açıqladı

img

29-09-2011 [03:34]


Bu il Həcc ziyarətinə gedəcək avtobusların marşrutunda dəyişiklik olacaq. Bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli məlumat verib. O bildirib ki, Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək, İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək. Onun sözlərinə görə, bu çox rahat bir marşrutdur. ?Azərbaycanda Qurban bayramı noyabrın 6-da qeyd olunacaq. Zəvvarlar isə Həcc ziyarətinə avtobuslarla oktyabrın 25-26-dan yola düşəcəklər. Hər il olduğu kimi, bu il də Azərbaycandan təxminən 2000 nəfər Həcc ziyarətinə gedəcək. Həcc ziyarətinə avtobusla gedənlər 40-41 avtobusla yola düşəcəklər. İraq hökuməti Həcc ziyarətinə gedənlərin təhlükəsizliyinə təminat verib", - deyə o əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA