Rezidenturaya imtahan verən 860 nəfərdən 314-ü keçdi

img

29-09-2011 [02:39]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 29-da saat 14:00-dan etibarən 2011-2012-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən namizədlərdən 314 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Qeyd edək ki, sentyabrın 24 və 25-də iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən 860 namizəd müsabiqədə iştirak hüququ qazanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA