BDU Dnepropetrovsk Milli Univeristeti ilə memorandum imzalayıb

img

28-09-2011 [05:50]


Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov O.Qonçar adına Dnepropetrovsk Milli Univeristetinin (Ukrayna) rektoru Nikolay Viktoroviç Polyakovu və elmi-pedaqoji iş üzrə prorektoru Sergey Aleksandroviç Çernetskini qəbul edib. BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmov, əsasən onun beynəlxalq əlaqələrindən danışıb. O.Qonçar adına Dnepropetrovsk Milli Univeristetinin rektoru Nikolay Viktoroviç Polyakov Bakı Dövlət Universiteti ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyini qeyd edib. Görüşün nəticəsi olaraq univeristetlər arasında anlaşma memorandumu imzalanıb. Memorandum tədqiqatçı, aspirant və magistrlərin mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. İmzalanma mərasimindən sonra akademik Abel Məhərrəmov memorandumun kağız üzərində qalmayacağını, təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd edib. Universitetlə tanış olan ukraynalı qonaqlar Azərbaycan təhsilinin və elminin flaqmanından xoş təəssüratlarla ayrılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA