Günəz 2013-cü ildə Yer kürəsini məhv edə bilər

img

27-09-2011 [05:36]


NASA alimləri bildiriblər ki, son vaxtlar Günəşdə aktivlik artıb və onun pik dövrü 2013-cü ilə təsadüf edəcək. Məhz 2013-cü ildə Günəş Yer kürəsində həyatı məhv edə bilər və perspektivdə qlobal fəlakət tam realdır. NASA alimləri vurğulayıblar ki, Günəş səthində güclü partlayışlarla müşayiət olunan aktivlik nəticəsində Yer kürəsinə güclü elektromaqnit dalğaları daxil olacaq. Bu da öz növbəsində bəşəriyyət üçün fəlakətli nəticələr doğuracaq. Ən ciddi təhlükə isə Yer kürəsində hazırda fəaliyyət göstərən atom elektrik stansiyalarıdır. Bu atom elektrik stansiyalarında soyutma sistemi elektrik şəbəkəsindən enerji alır. Günəşdəki partlayışlardan qaynaqlanan güclü elektromaqnit dalğaları sayəsində hətta qısa dövrdə belə atom elektrik stansiyalarının soyutma sistemlərinin elektrik enerjisi ilə təchizatı dayanarsa, bu, dünyanın bir çox yerində atom elektrik stansiyalarında çoxlu sayda qəzaya yol aça bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA