ictimai Palata fövqəladə toplantı keçirdi

img

27-09-2011 [03:55]


Bu gün İctimai Palatanın Koordinasiya Şurasının fövqəladə toplantısı keçirilib. Toplantıda 2 aprel məhbusları ilə bağlı məhkəmə prosesi məsələsi müzakirə edilib. Qurum üzvləri məhkəmə prosesinin sifarişli və qanunsuz olduğunu bildirib. İctimai Palatanın Koordinasiya Şurasının bugünkü növbədənkənar toplantısının qərarları aşağıdakı kimi olub: 1. Vicdan məhbusları ilə bağlı yaranmış duruma görə sabaha təyin olunmuş İran müzakirələri təxirə salınır; 2. 29 sentyabrda mətbuat konfransı keçirilməsi qərara alınır. 3. IP-in sessiyası şənbə gününə keçirilir. Sentyabr ayının 29-da İctimai Palatanın rəhbərliyi 2 aprel məhbuslarının işi ilə bağlı mətbuat konfransı keçirəcək. Mətbuat konfransı Müsavat Partiyasının qərargahında saat 12-də baş tutacaq(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA