Arif Vəliyev: "Ətin bahalazmasının səbəblərini yerlərdə axtarmaq lazımdır"

img

27-09-2011 [02:46]


Hazırda Azərbaycanın daxili ərzaq bazarında müşahidə olunan ətin bahalaşması prosesi süni xarakter daşıyır və bunun səbəblərini yerlərdə axtarmaq lazımdır. Bunu açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib. A.Vəliyev qeyd edib ki, qiymətlərin artmasının amilləri son satış, yəni ticarət məntəqələri deyil, daha çox istehsalçılarla bağlı ola bilər. A.Vəliyevin sözlərinə görə, istehsalçılar ətin bahalaşmasını bir sıra səbəblərlə izah etsələr də, onlar reallığa ziddir. Belə ki, yay aylarında mal-qaranın əsasən təbii otla qidalanması fonunda yemin bahalaşması səbəbini Komitə sədrinin məntiqə uyğun gəlmədiyini sayır. Bundan başqa, yayda həm ümumi mövsümi amillər, həm orucluğun bu vaxta təsadüf etməsinə görə, ətə tələbat nəzərə çarpan dərəcədə azalır. ?Lakin bu, qiymətlərin azalmasına gətirib çıxarmayıb və əksinə, ətin bahalaşması baş verir?, - deyə A.Vəliyev vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA