Səbaildə Şəhid Zülfi Habil oğlu Kərimovun xatirəsi anılıb

img

26-09-2011 [05:27]


Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatı və ?Bibiheybətneft? NQÇİ kollekivinin birgə təşkilatçılığı ilə Neft-Qaz Çıxarma İdarəsində Qarabağ savaşında həlak olmuş şəhid Zülfi Habil oğlu Kərimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Şəhidin ad gününə təsadüf edən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının üzvləri, ?Bibiheybətneft? NQÇİ-nin kollektivi, Səbail raon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı şəhid Zülfi Kərimovun anası və yaxın qohumları da iştirak etmişlər. Tədbir iştirakçılar tərəfindən ?Bibiheybətneft? NQÇİ-nin həyətində idarənin Qarabağ döyüşlərində həlak olmuş işçilərinin şərəfinə ucaldılmış xatirə abidəsi önünə əklilərin qoyulması ilə başlanmış, vətən uğrunda canından keçən soydaşlarımızınxatirəsi yad edilmişdir. Tədbiri açıq elan edən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev iştirakçıları təqdim etmiş və şəhid barədə məlumat verimişdir. Qeyd olunmuşdur ki, 1967-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olan Zülfi Kərimov 1985-i ildə Azərbaycan Neft və Kimya institutuna daxil olmuş, daha sonra Sovet Ordusu sıralarına çağrılmışdır. Xidmətdən sonra təhsilini davam etdirməklə yanaşı o, ?Bibiheybətneft? NQÇİ-də fəhlə işləməyə başlamışdır. Qarabağ münaqişəsi başlanan ilk vaxtlardan könüllü olaraq cəbhəyə yollanmış, müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak etmişdir. Cəsur kəşfiyyatçı olmuş, ona baş leytenant rütbəsi verilmişdir. 1996-cı ildə Ağdam rayonunun Seysulan kəndi yaxınlığında kəşfiyyat zamanı minaya düşmüş və həlak olmuşdur. Subay idi. Ölümündən sonra anadan olduğu Qızılağac kənd orta məktəbinə onun adı verilmiş, vaxtı ilə işlədiyi ?Bibiheybətneft? NQÇİ-nin həyətindəki xatirə abidəsində ona həsr olunan guşə yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyul 2011-ci il tarixli, 1552 saylı sərəncamı ilə Zülfi Habil oğlu Kərimov (ölümündən sonra) ?Vətən uğrunda? medalı ilə təltif olunmuşdur. Anım mərasimində çıxış edən ?Bibiheybətneft? NQÇİ-nin rəisi İlqar Həmzəyev, Masallı rayonu Qızılağac qəsəbə nümayəndəsi Şamil Məmmədov, şəhidin vuruşduğu ?N? saylı hərbi hissəinin komandiri olmuş, istefada olan polkovnik Əzizağa Qənizadə, Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov şəhid Zülfi Kərimovun əmək fəaliyyəti, döyüş yolundan, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlərdən, ölkə başçısının Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlardan danışmışlar. Qeyd olunmuşdur ki, şəhid ailələri, döyüşlərdə əlil olmuş soydaşlarımız dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar. Bu gün keçirilən tədbir də şəhidlərimizin xatirəsinə həsr olunmuşdur. Səbail rayonu Bibiheybət qəsəbəsi 50 saylı orta məktəbin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş şer kompozisiyası səslənmişdir. Tədbirin sonunda çıxış edən şəhidin anası Fatma Kərimova oğlunun cəbhədəki xidmətinə verilən yüksək qiymətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlığını bildirmiş, xatirə tədbirinin keçirilməsində əməyi olan insanlara bir ana kimi çox sağ ol demişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA