Rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlandı

img

26-09-2011 [04:30]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 24-də v? 25-də 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanda namizdələr baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə imtahan veriblər. Sentyabrın 24-də Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında keçirilən imtahanın birinci mərhələsində ərizə vermiş 1063 namizəddən 15 nəfəri iştirak etməyib. Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi sentyabrın 25-də keçirilib. İmtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 17 nəfəri imtahana gəlməyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, imtahanın nəticələri bu gün http://www.tqdk.gov.az/neticerez/ saytında yerləşdirilib. Qeyd edək ki, rezidenturaya qəbul bu il Azərbaycanda ilk dəfə keçirlir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA