Ramil Usubov Polis Akademiyasında andiçmə mərasiminə qatılıb

img

24-09-2011 [07:43]


Bu gün Azərbaycan Daxili İlər Nazirliyinin Polis Akademiyasında bu il əyani fakültəyə qəbul olmuş müdavimlərin andiçmə mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, tədbirdə çıxışedən akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini mərasim iştirakçılarına çatdırıb. Tədbirdə daxili işlər orqanlarının veteranı Qüdrət Süleymanov və valideyn Ramazan Hadıyev çıxış edərək bildiriblər ki, bu gün I kurs müdavimlərinin həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq qürurverici və şərəflidir. Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb. Sonra N.Əliyev Akademiyanın klubunda valideynlərlə görüşərək bu ali təhsil ocağında müdavimlər üçün yaradılmış şərait, tədris olunan ixtisas fənləri, maddi-texniki baza barəsində ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA