ADU-da ?Xaricdə təhsil? proqramı çərçivəsində təqdimat keçirildi

img

24-09-2011 [01:14]


Sentyabrın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində ?Xaricdə təhsil? proqramı çərçivəsində təqdimat keçirildi. Bakı Təhsil İnformasiya Mərkəzinin direktoru Bahar Hacızadə, İREX-in ölkə üzrə direktoru Sarah Hennesi, Kanadanın beynəlxalq dil akademiyasının yerli nümayəndəsi Elmira xanım, ACCELS-in ölkə üzrə direktoru Tayson Lemon, ACCELS-in Gənc Müəllimlərin İnkişafı Proqramı üzrə koordinatoru Nailə Nəbiyeva, ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Kristofer Consun hazırladığı təqdimatlarda ABŞ, Kanada və Avropada təhsil proqramları haqqında ətraflı məlumat verildi. Hansı proqramlar üzrə həmin universitetlərdə təhsil almağın imkanlarından söhbət açıldı, eləcə də təqaüd proqramları haqqında danışıldı. Tədbirdə tələbələri maraqlandıran suallar da cavablandırıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA