Hərbiçi müəmmalı zəkildə öldü

img

24-09-2011 [11:10]


Azərbaycan ordusunun hərbiçisi müəmmalı şəkildə ölüb. Ağdam rayon polis Şöbəsindən verilən məlumata görə, 1982-ci ildə Ağdərə rayonunda anadan olmuş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Həsənov Seymur Rəfail oğlunun ölməsi ilə bağlı məlumat daxil olub. Məlumata görə, 29 yaşlı hərbiçi Ağdam rayonunda, Dördyol adlanan ərazidə qayınatası Əyyubov Yavər Rza oğlunun evində olarkən ölüb. Hərbçinin hansı səbəbdən dünyasını dəyişməsi hələlik məlum deyil. Faktla əlaqədar ekspertiza təyin edilib. Araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA