Nazirlik metrohəssas insanları xəbərdar edir

img

23-09-2011 [12:23]


Bakı və Abşeron yarımadasında sentyabrın 24-də əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, mülayim şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 24-29 dərəcə isti olacaq. Sentyabrın 25-də hava dəyişkən buludu olacaq, lakin axşama doğru qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu 22-27 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 25-də atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA