?Vətəni tanı? ümumrespublika Kampaniyasının final mərhələsinə hazırlıq izləri bazlayıb

img

22-09-2011 [02:46]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətindən verilən məlumatına görə, ?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyasının final mərhələsinin keçirilməsi üçün hazırlıq işləri başlayıb. Final öncəsi isə Bakı rayonları arasında və bir neçə region şəhər və rayonlarında seçim turu başa çatacaqdır. Xatırladaq ki, Kampaniyanın seçim turları Bakı rayonları arasında ilk olaraq Səbail rayonunda keçirilib. Bakı şəhər seçim turları Xəzər rayonu ilə yekunlaşacaq. Kampaniyada xüsusi hazırlanmış keçməcəli Azərbaycan Respublikasının xəritəsi və bunun elektron versiyasından (www.miras.az) istifadə olunur. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA