Polzalı nazir Azərbaycan Tələbələr Birliyinə məktub göndərib

img

22-09-2011 [11:33]


27-28 sentyabr 2011-ci il tarixlərində Polşanın Bialistok şəhərində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin təhsil nazirliklərinin iştirakı ilə ?Go East, Erasmus ? a ministerial debate? adlı beynəlxalq tədbir keçiriləcəkdir. Tədbir Polşa Elm və Ali Təhsil Naziri xanım Barbara Kudryckanın dəvəti ilə gerçəkləşdirilir. Tədbirdə Avropa Birliyinin bir neçə ölkəsinin və Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Gürcüstan) təhsil nazirlikləri, tələbə birliklərinin nümayəndəlikləri iştirak edəcəkdir. Beynəlxalq tədbir zamanı Şərq Tərəfdaşlığı ölkələrinin Erasmus proqramı çərçivəsində iştirak səviyyəsi, problemlər və perspektivlər müzakirə olunacaqdır. Əsas məqsəd ikinci Şərq Tərəfdaşlıq Samiti çərçivəsində təhsil nazirlərində Erasmus proqramı, ali təhsildə mobillik və ümumlikdə ali təhsil sahəsində gələcək prioritetləri daha da aydın görmələrinə kömək edə bilməkdir. Azərbaycan tərəfindən tələbələri təmsil etmək üçün Polşa Elm və Ali Təhsil Naziri xanım Barbara Kudrycka Azərbaycan Tələbələr Birliyinə dəvət məktəbu göndərmişdir. Məktubda Azərbaycan Tələləbələr Birliyinin debat çərçivəsində Azərbaycan tələbələrini layiqincə təmsil edəcəyinə ümid bəsləndiyini vurğulanmışdır. Xatırladaq ki, tədbirdə Azərbaycan Tələbələr Birliyi tərəfindən Birliyin sədri Elvin Aslanov və Birliyin sosial məsələlər üzrə katibi Nurlan Əhmədov iştirak edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA