Redaktorlar Birliyi qəzetlərə təzyiqləri müzakirə edib

img

21-09-2011 [05:52]


Bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ) mətbuat zalında Redaktorlar Birliyinin iclası keçirilib. Tədbirdə ?Turan? İnformasiya Agentliyi, ?Yeni Müsavat?, ?Azadlıq?, ?Xural?, ?Müxalifət?, ?Təzadlar?, ?Femida 007?, ?Gündəm-Xəbər? qəzetlərinin, ?Qafqazinfo? xəbər saytının, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun təmsilçiləri iştirak ediblər. İclas ?Xural? qəzeti ətrafında yaranmış vəziyyət, qəzetin adının Mətbuat Şurasının ?qara siyahı?ya salınması, qəzetin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevin həbs olunması, Mətbuat Şurasının ?Gündəm-Xəbər? qəzetindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət verməsi müzakirə edilib. Müzakirəyə çıxarılan digər məsələ ?Ayna Zerkalo? qəzetinin müxbiri İdrak Abbasovun ailə üzvlərinin evinin sökülməsi və polislərin hücumuna məruz qalması, bununla əlaqədar jurnalistə qarşı təzyiqlərin davam etməsi olub. İclasda "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərim və başqaları çıxış ediblər. Təklif olunub ki, müdafiə olunan qəzetlər istədikləri cür öz müdaiələrini qursunlar, ancaq qarşı tərəfi təhqir etməsinlər. İclasda bu məsələləri diqqətdə saxlamaq, problemləri araşdırıb ictimaiyyətə çatdırmaq qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA